Texnologiyanın inkişafı ilə birlikdə tibbdə bir çox irəliləyişlər olmağa başladı. Bu vəziyyətin inkişafı ilə birlikdə yediyimiz yeməklər haqqında da ətraflı məlumat sahibi olmalıyıq.
Keçdiyimiz günlərdə aparılan araşdırmalarda yumurtanın zərərli olduğu məlum olub.
Moderator.az xəbər verir ki, yumurta yüksək zülal məzmunu ilə tanınan bir heyvani qida növüdür
"Bədənimizə daxil olan zərərli hər şey bağırsaqlardan qan damarlarına oradan da lazımi orqanlara daşınır. Bu zərərli maddələr tək doymuş yağ və xolesterindən ibarət deyil.
47.896 kişi fərdi üzərində aparılan bir araşdırmada yumurta istehlakının prostat xərçəngini70 faiz artırdığı ortaya çıxıb. Digər bir araşdırmada isə həftədə 2.5 ədəd və daha çox yumurta yeyən kişilərlə həftədə 0.5 və daha az yumurta yeyənlər müqayisə edilib. Həftədə 2.5 və daha çox yumurta yeyən qrup digər qrupa görə prostat xərçəngi baxımından 81 faiz daha riskli olub.
Həmçinin 320.778 nəfərin iştirak etdiyi başqa bir araşdırmada yumurta qəbulu ilə ürək-damar xəstəliklərinin və şəkər xəstəliyinin əlaqəsi məlum olub.
Xeberdar.net