Son günlər xarici ölkə mediasında Azərbaycanda terror olacağı ilə bağlı anons xəbər yazılır.Hətta ABŞ və digər ölkələr Xarici İşlər Nazirlikləri öz vətəndaşlarına xəbərdarlıq edir ki, Azərbaycana səfərlərini təxirə salsın . Belə olan vəziyyətdə gərək Azərbaycanın hüquq mühafizə orqanları və adiyyatı üzrə digər dövlət orqanları ayıq-sayıq olması vacibdir.Bundan əlavə olaraq qeyd edək ki, terrordan heç bir ölkə sığortalanmayıb .Azərbaycan dəfələrlə terrora məruz qalan ölkələrdən biridir.Bu səbəbləri nəzərə alsaq ayıqlıq bizim ölkədə də vacibdir. Ilk öncə qeyd edək ki, terrorçunun Azərbaycan vətəndaşı olmağından çox xarici vətəndaş olması daha böyük ehtimaldı. Bu terrorcu böyük ehtimal Beynəlxalq hava limanından ölkəyə daxil olacaq və terrorçular üçün adətən əsas terror edilməsi lazım olan yer çox vaxtı hava limanları seçilir.Belə olan təqdirdə görəsən Heydər Əliyev adına Beynəlxalq hava limanını kim mühafizə edir? sualına cavab tapaq. Ilk öncə qeyd edim ki, dövlət orqanlarının hamsı demək olar ki, hava limanın mühafizəsi üçün şöbələri var. Amma əsas mühafizənin Beynəlxalq Hava limanında əsas mühafizənin AZAL-ın tərkibində olan ATBİ (Aviyasiya Təhlükəsizlik Baş İdarəsidir). Diqqət çəkən məqam isə ATİB öz işinin öhdəsindən layiqincə gəlməməsi heç kimə sirr deyil. Bundan yetərincə səbəb var.Bu barədə biz dəfələrlə yazmışıq niyə və nə üçün gələ bilmir? Google və yaxudda saytımızın axtarış bölümünə müraciyyət etsəniz yetərincə yazılar görə bilərsiniz. Çox təəsüf olsun ATİB-in direktoru Elxan Orucov müavinləri sanki, təsadüfdən orda rəhbər vəzifəyə gətirilib. Hətta ötən yazılarımızda da qeyd etmişik ki, Azərbaycan hava yollarının ATİB yox Allah qoruyur. Bu sözü təsadüfdən deməmişik. Onlar ATİB nizamnaməsi əsasında işə işçi və rəhbər şəxslər götürmür, ancaq Müdafiyyə Nazirliyindən işdən çıxardılan polkovnik, mayor və digər rütbələri daşıyan şəxsləri işə götürürlər. Keşikçi və sair vəzifədə isə tanışlarından ,dostlarından ibarət kantenget formalaşıb. Sözümüz bunda deyil.Təbii orda işləyən hər hər bir şəxsə aid edilmir. ATİB-də yetərincə öz işinin öhdəsindən layiqincə gələn işçilər də var Allaha şükür ki, hələ ki, belə işçiləri Elxan Orucov və Etibar Cəbrayılov qeyri-qanuni olaraq işdən çıxartmayıblar. Digər hər hansı rəhbər şəxslərin səhfini hələ ki, sıra onlara çatmayıb deyə boyunlarına atıb işdən çıxartmayıb. Sözümün əsas canı var.
Son günlər Azərbaycanın əsas hava limanlarından biri olan Bakı Heydər Əliyev Beynəlxalq hava limanında dəhşətli ,hətta deyərdim terrora bənzər bir hadisə oldu. Beləki 2017-ci ilin sonu dekabrın ilk on günlüyündə Hava limanının əsas ərazisi sayılan təyyarələrin eniş yoluna adi maşın gəlib. Heç kimin bundan xəbəri olmayıb. Maraqlısı bundadır ki, on gün sonradan kameralara baxarkən bundan xəbər tutublar ki, hava limanının əsas hissəsi olan təyyarələrin eniş etdiyi yerə şəxsiyyət bizə məlum olmayan AZAL-da heç bir vəzifə daşımayan və kənar vətəndaş daxili olub. Dəhşətlisi budur ki, bu vətəndaş terrorçu da ola bilərdi.Bu zaman isə məsuliyyəti vəzifəsinin öhdəsindən gələ bilməyən Elxan Orucov və müavini Etibar Cəbrayılov daşıyacaydı. Bu hadisə hələ sakitləşmədən yenidən anoloji hadisə baş verdi. Yanvar ayının ortalarında yenə də şəxsiyyəti bizə bəlli olmayan bir nəfər maşını ilə birgə Bakı Beynəlxalq Hava limanının əsası hissəsi-təyyarələrin eniş etdiyi yola girib. Maraqlısı və bizləri dəhşətə gətirən hal isə bu vəziyyətdə Elxan Orucov və digər rəhbər şəxslər işdən dərhal azad olunmalı idi. Bu hadisə artıq göstərir ki, onlar vəzifəsinin öhdəsindən gələ bilmir. Bu adi dediyimiz öz maşını ilə hava limanının əsas hissəsi olan təyyarələrin enmə zolağına girən avto maşının sahibi terrorcu da ola bilərdi. Onda məsuliyyətə cəlb olunması və yaxud da işdən cıxardılması kimi və yaxud da nəyə lazım olardı.? Bu işdə heç kim məsuliyyətə cəlb olunmadı və keşikçilər işdən azad oldu.Bəzi rəhbər şəxslər onlar ki, keşikçilərdən üstün vəzifədə idilər ,onların vəzifəsi endirildi. Bundan əlavə olaraq bəzi adamlar töhmət aldı. Elxan Orucov və yaxud da müavinlərinə yaxın olan insanlar isə heç nə olmamış kimi işlərinə davam etdilər.İnanırıq ki, adiyyatı üzrə rəhbər şəxslər bizim bu yazımızI oxuyacaq, Elxan Orucovun və müavinlərinin vəzifəsinin öhdəsindən layiqincə gələ bilməməsinə görə hüquqi müstəvidə onların iş bacarıqsızlığına qiymət verəcək . Əks təqdirdə gec olacaq ./http://press-az.com/