Səudiyyə şahzadəsi sərbəst buraxılıb

770 27-01-2018, 14:02 dunya / gundem

Səudiyyə şahzadəsi sərbəst buraxılıbSəudiyyə Ərəbistanında korrupsiya ilə bağlı istintaq çərçivəsində noyabrda saxlanılmış dünyanın zəngin ərəb biznesmenlərdən sayılan şahzadə Vəlid əl-İbrahim azadlığa buraxılıb.

Xeberdar.net m'lumat verir ki, bu barədə BBC ərəb KİV-ə istinadən məlumat yayıb.

MBC telekanal şəbəkəsinin başçısı olan Vəlid əl-İbrahimlə yanaşı, kral məhkəməsinin keçmiş sədri Xalid əl-Tuvaciri və bir sıra digər şahzadələrin də ödəniş müqabilində sərbəst buraxıldığı bildirilir. İttihamın geri götürülməsi məqsədilə onların dövlət büdcəsinə ödədiyi vəsaitin məbləği açıqlanmır. Habelə Vəlid əl-İbrahimin Yaxın Şərqin ən iri media şirkəti sayılan MBC telekanal şəbəkəsi üzrə səhmlərinin böyük hissəsini hökumətə təhvil verdiyi barədə xəbərlər yayılıb.

Bundan əvvəl sərbəst buraxılmış digər şahzadə Mitəb bin Abdullanın bəraət müqabilində 1 milyard dollardan çox vəsait ödədiyi bildirilirdi.

Noyabr ayında vəliəhd şahzadə Məhəmməd Bin Salmanın başçılığı altında ölkədə aparılan irimiqyaslı anti-korrupsiya istintaqı çərçivəsində 200-dən çox şahzadə, siyasətçi, dövlət məmuru və zəngin iş adamları saxlanılmışdı.

Onlar çirkli pulların yuyulması, dövlət əmlakının talan edilməsi, rüşvət verib-almaqda ittiham olunur. Ətrafdan təcrid edilən şahzadələr Ər Riyadın dəbdəbəli “Ritz Carlton” hotelində saxlanılır. Bu məqsədlə bağlanmış hotelin fevralın 14-də yenidən müştərilərə açılacağı bildirilir. Ərəb mənbələri tələb olunan məbləği ödəməyən şahzadə və biznesmenlərə qarşı fevral, mart aylarında cinayət işinin açılacağını və onların həbsxanaya göndəriləcəyi bildirir.

Bu arada, ərəb milyarder, kral Salmanın yaxın qohumu, şahzadə Əl Valid ibn Təlal Əl Saud saxlanılandan bəri verdiyi ilk müsahibədə yaxın günlərdə tam bəraət alacağını və sərbəst buraxılacağını açıqlayıb. Hoteldə saxlanılan şahzadə onunla yaxşı davrandıqlarını diqqətə çatdırıb.

Xeberdar.net

XƏBƏR LENTİ