"Almaniya Azərbaycanın müstəqilliyi tanıdı"- Düdənginskinin hesabatı

1 048 27-01-2018, 15:34 dunya / gundem

"Almaniya Azərbaycanın müstəqilliyi tanıdı"- Düdənginskinin hesabatıƏbdürrəhman Fətəlibəyli Düdənginski Azərbaycan legionerlərinin ən fəal üzvülərindən biri sayılır.
Naxçıvanın Şərur rayonunun Düdəngə kəndində anadan olan Əbdürrəhmanın ailəsi nəsilliklə hərbçi idi. Atası Əli bəyi hələ Əbdürrəhman Düdənginski uşaq olarkən rus ordusunun zabitləri qəsdən zəhərləyib öldürüblər. Ağır uşaqlıq illərinə baxmayaraq, Əbdürrəhman bəy öz gücünə yüksək təhsil alır və hərbi akademiyaya qəbul olur. Akademiyanı bitirəndən sonra isə orduya cəlb olunur. II Dünya Müharibəsi zamanı Düdənginski almanlara əsir düşür, digər iddiaya görəsə könüllü olaraq almanlar tərəfinə keçir. Ondan sonra Düdənginskinin əsas işi Almaniyada olan azərbaycanlı əsriləri azad etmək olur. O, Məhəməd Əmin Rəsulzadə ilə birləşərək, əsirlərin hüquqlarının artırılması yönündə iş görür.

Moderator.az siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevə istinadən Düdənginskinin 1945-ci ildə ünvanlandığı çox maraqlı bir hesabatı təqdimm edir:
Azərbaycan xalqına onun oğullarının II Dünya Müharibəsi zamanı Vətənin müstəqilliyi uğrunda mübarizəsi haqqında hesabat:

"Nəhayət, SS-in Baş qərargahı bizi şərtsiz tanımaqdan imtina etmədi və 17 mart 1945-ci ildə Reyxkansler Rozenberq Almaniya İmperatorluğu hökuməti adından Azərbaycanın müstəqilliyini tanıdı. Müstəqilliyin tanınması bizim mücahidlərin qanı və ziyalılarımızın çalışqanlığı hesabına əldə olundu və
qazanıldı. İsveçrəli alim deyirdi ki, həyatda heç nə həlak olmuş mücahidlərin qanı kimi müqəddəs ola bilməz. Lakin rəhbər olmayanda bu dəyərli qan batır. Qurultaysız və məclissiz müstəqilliyimizin tamümkün olmazdı və onların silahlanınması mübarizəsi əhəmiyyətsiz olar, qanı yerdə qalardı"

Hazırladı: Elmin Nuri

Xeberdar.net

XƏBƏR LENTİ