“Birləşmiş Ştatlar Suriyanın şimalında yerləşən Mənbic regionundan dərhal çıxmalıdır” - deyə şənbə günü Türkiyənin xarici işlər Naziri Mevlut Çavuşoğlu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan cümə günü Türkiyə qoşunlarının Kürd döyüşçülərini Suriya sərhədindən təmizləyəcəyini və əməliyyatları Mənbic də daxil olmaqla, İraq sərhədlərinə qədər davam edəcəyini deyib. Bu qərar Kürdlərin tərəfdaşlıq etdiyi ABŞ ilə qarşıdurmaya səbəb ola bilər.
Müxbirlərlə danışan Çavuşoğlu deyib edib ki, Türkiyə Birləşmiş Ştatlardan konkret addımlar və Suriyandakı Kürd militantları qrupu, YPG-yə dəstəyə son qoymağı gözləyir.
Ankara daha öncə ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri H.R. MakMasterin Vaşinqonun YPG-ni silahla təmin etməcəyini dediyini bildirmişdi ("Amerikanın səsi").