Lerikə yağan güclü qar fəsadlar törədib

638 27-01-2018, 20:47 cemiyyet / gundem

Lerikə yağan güclü qar fəsadlar törədibLerik rayonuna yağan güclü qar problemlər yaradıb.

“Report”un Cənub bürosu xəbər verir ki, nəticədə rayonun Orand kəndinə yağan güclü qarın ağırlığına tab gətirməyən elektrik naqilləri qırılıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, bu səbəbdən kəndə verilən elektrik enerjisi kəsilib. Hava şəraiti imkan vermədiyindən, bərpa işləri sabah aparılacaq.

Kənddə qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb.

Ümumilikdə cənub bölgəsində qarlı və şaxtalı hava şəraiti davam edir.

Xeberdar.net

XƏBƏR LENTİ