PYD/YPG terrorçularının Türkiyənin Hatay vilayətinə törətdiyi hücum nəticəsində bir uşaq yaralanıb.
Xeberdar.net türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Afrindən Hatayın Reyhanlı rayonuna buraxılan raket 3 mərtəbəli binaya düşüb. Xoşbəxtlikdən bina boş olub.
Yaralanan uşaq xəstəxanaya çatdırılıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Xeberdar.net