Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatında strateji nöqtə olan Burseya dağını ələ keçirməklə önəmli bir əngəli aşdı.
"Mehmetcik" və ASO əməliyyatın 10-cu günündə ilk səhər döyüşünə başlayacaq.
Burseya dağının ələ keçirilməsi ilə Raco, Cinderes və Şeyx Hadid başda olmaqla, PYD/PKK-nın işğalı altında olan dağlıq ərazilərin də terrorçulardan təmizlənməsi üçün yol açılıb. "Mehmetcik" və ASO həmçinin, bu gün Afrinin Hatay tərəfindəki qərb cəbhəsindən hərəkətə keçəcək.
Dünən qırıcı təyyarələr Raco və Cinderes bölgələrində terror təşkilatına aid sığınacaq və mövqeləri bombardman edib. Kəşfiyyat əməliyyatları isə hələ də davam edir. Cinderes Afrin şəhərinə gedən yolda düz vadi olduğundan “Zeytun budağı” əməliyyatının uğurla tamamlanması üçün böyük önəm daşıyır. Qarşıdakı günlərdə Bülbül yaşayış məntəqəsinin ələ keçirilməsi ilə terror təşkilatı sərhəd xəttindəki bütün nöqtələri itirmiş olacaq.
Qeyd edək ki, hərəkat çərçivəsində son əməliyyat Afrin şəhərinin mərkəzinə yönəldiləcək.(publika.az)