Türk tankları Afrin cəbhəsinə yollanır
Luize Yesen
DR (Danimarka), 28.01.2018
ABŞ, Türkiyə, Rusiya və İran. Bu ölkələrin hamısının son həftə Suriyanın şimali-qərbində dönüşən hadislərdə öz marağı var. Türkiyə kürdlərin nəzarət etdikləri Afrin əyalətinə qarşı keçən cümədən yerüstü və hava əməliyyatı keçirir ki, türklərin terrorçu saydığı və hələ 1984-cü ildən Türkiyədə kürd muxtariyyəti qurmaq uğrunda mübarizə aparan kürdlərin YPG özünü müdafiə dəstələrini boğsun.
YPG Kürdüstan Fəhlə Partiyasından (PKK) aralanıb və ABŞ onlara hərbi və iqtisadi dəstək verib. Kürdlər Suriya Demokratik Qüvvələriylə birgə İŞİD-lə mübarizədə ABŞ-ın müttəfiqi olublar. Lakin Türkiyənin terrorçu təşkilat saydığına açıq dəstək hazırda NATO üzrə iki müttəfiq arasında qarşıdurmaya səbəb olub.
Niyə indi?
Türkiyənin hərbi hücumu ABŞ-ın 30 min əsgəri olan və iki ölkə arasında sərhəd bölgəsində yerləşən orduya təlim keçməyə hazırlaşdığı haqda məlumatından dərhal sonra başlanıb. Məqsəd İŞİD-in dirçəlişinin mümkünsüzlüyünə zəmanət idi.
Kürdlərlə münaqişədən yayınan Suriya hökuməti bildirib ki, bu, ölkə süverenliyinin pozulmasıdır. Türkiyə prezidenti Ərdoğan isə bəyan edib ki, türk qoşunları ölkə sərhədi boyunca “terrorizm ocağı”nı “darmadağın etməyə” hazırdır, Afrinə hücuma başlayıb və Amerika kontingentinin yerləşdiyi Mənbicə qədər hər şeyi davam etdirmək hədəsi gəlib.
Kürdlər Suriya prezidenti Bəşər Əsədi müdaxiləyə və onları dəstəkləməyə çağırıblar, amma o, hələlik sükut içindədir.
Münaqişədə kimin hansı maraqları var?
Biz Olborq Universitetinin Mədəniyyət və kürəsəl araşdırmalar İnstitutunun müəllimi Sören Şmidt və Danimarka Beynəlxalq Araşdırmalar İnstitutunun (DIIS) kürdlər və Türkiyə kimi mövzularda ixtisaslaşmış araşdırıcısı Yakob Lindqordu müxtəlıif ölkələrin münaqişədə izlədiyi maraqları dəyərləndirməyi xahiş etdik.
Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan aydın işarə vurub ki, Siriya kürdlərinin YPG könüllü yığmasının axırına çıxmaq istəyir. Lakin Ərdoğan üçün özünü daxili siyasətdə işıqlandırmaq da önəmlidir.
Yakob Lindqord bununla bağlı sıradakını qeyd edib:
“Sadə şəkildə danışsaq, bu, seçkilərin başlanğıcıdır. Ərdoğan 2015 iyun seçkilərində, az qala, hakimiyyətdən məhrum olandan sonra kürdlərə münasibətdə dinc prosesi sərt kursla əvəzləyərək artıq noyabrda hakimiyyəti yenidən ələ keçirib”.
“Antikürd xətti öz mövqeyini möhkəmləndirməyə başlayan və kürdlərin Suriyadakı uğurları sayəsində, habelə saysız-hesabsız suriyalı qaçqınların Türkiyədə doğurduğu xəyal sarsıntısı səbəbindən Türkiyədə dəstək əldə edən Ərdoğanın təcəssüm etdirdiyi millətçiliyin Türkiyə müxtəlifliyində əsas ünsürdür”.
Sören Şmidt: “Anlamaq lazımdır ki, Türkiyə PKK ilə savaş durumundadır və orada istəmirlər ki, sərhədin birbaşa o tayında PYD/YPG-nin nəzarət edəcəyi ərazi meydana çıxsın”.
“ABŞ hazırda dönüb daha uzunmüddətli hədəflər izləyərək bu bölgəni gücləndirməyi qət edib: Türkiyə sərhədinə nəzarət etməyi. Bu, türkləri təhrik edib, çünki söhbət daha İŞİD üzərində qələbədən getmir”.
ABŞ
ABŞ dövlət katibi Reks Tillerson həftənin başlanğıcında Türkiyəni Afrində fəallığı azalatmağa çağırıb, bununla yanaşı türklərin sərhədyanı ərazi barəsində əndişəsini etiraf edib.
Sören Şmidt: “ABŞ Türkiyə ilə birləşməmək qərarına gəlib, kürdlərlə birləşməyə üstünlük verib”.
“ABŞ üçün başlıcası budur ki, İran bölgədə möhkəmlənə və İsrailə ziyan vura bilməsin. ABŞ siyasətində antiiran yönü güclüdür, buna görə də İsraillə İranın arasında durmağa gedir, lakin eyni zamanda özünün təbii müttəfiqi Türkiyəni kənara itələyərək Rusiyanın qucağına atır”.
Rusiya
Yakob Lindqord: “Rusiya kürdlərə çoxdan dəstək verir və bu dəstəkdə uzağa gedib. Bununla belə, Rusiyanın öz hərbi müşavirlərini Afrindən çıxarması və bununla da Afrində Türkiyəyə fəaliyyət azadlığı verməyinin bir neçə səbəbi ola bilər”.
“Rusiya üçün böyük uduş bundan ibarətdir ki, NATO-nun iki böyük ölkəsini bir-birinə qarşı oynamağa məcbur edir və ABŞ-ı Suriyada sülhə ən böyük təhlükə kimi təqdim etməyə can atır, çünki Amerika kürdləri dəstəkləyir”.
“Bundan savayı, türklərin bu günə qədər dəstəklədiyi İdlibdə silahlı islamçı qruplar və rejimə aşkar tənqidi yanaşan dəstələr var. Həm Rusiya, həm də Əsəd onlarla hesablaşmaq istəyir və tamamilə güman etmək olar ki, hazırda bu cür imkan ələ düşəcək. Və nəhayət, Ərdoğanı Əsədi tənqid etməyi dayandırmağa vadar etmək imkanı yaranacaq”.
Suriya
Yakob Lindqord: “Bəşər Əsəd çox baxımdan oyuncaqdır, Suriya müxalifəti haqda ideyaya praktik olaraq son qoyulub. Əraziyə İran, Rusiya, Türkiyə və ABŞ nəzarət edir”.
“Amma, ola bilsin, Afrindəki kürdlər ən nəhayətdə nəzarətin Əsədə keçməsinə razlaşarlar, çünki bu halda iki şərdən zəifini seçər, axı alternativTürkiyədir. Amma bunun üçün Moskvanın təqdiri gərəkdir və Türkiyənin buna gedib-getməyəcəyi aydın deyil”.
Sören Şmidt: “Ruslar hazırda Afrini Türkiyəyə satıblar, lakin bu o demək deyil ki, kürdlərinki bitib, yeni balans lazımdır. Kürdlər Rusiya ilə münasibətlərdən asılıdırlar”.
“Rusiya daha mərkəzsizləşdirilmiş, həm qiyamçıların, həm də kürdlərin nəsə deyə biləcəyi Suriyada maraqlıdır. Əsəd həmişə buna qarşı çıxıb, o istərdi ki, Suriyada mərkəzləşdirilmiş yönətim olsun. Və əksinə: maraqlı deyil ki, Suriya Kürdüstanını ABŞ dəstəkləsin”.
Tərcümə Strateq.az-ındır.