Hindistanın şimal-şərqindəki Qərbi Benqal ştatıda sərnişin avtobusu çaya düşüb.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər həlak olub, bir neçə nəfər isə itkin düşüb.
Qeyd olunur ki, sakinlər xilasediciləri gözləmədən özləri sərnişinləri xilas etməyə çalışıblar.
Daha sonra polisin hadisə yerinə gec gəlməsinə qəzəblənən sakinlər polislərə daş atmağa başlayıb. İğtişaşın qarşısının alınması üçün polis havaya atəş açmalı olub.
Qəzanın baş vermə səbəbləri isə məlum deyil.
Xeberdar.net