Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət edirəm..."

630 29-01-2018, 13:45 dunya / gundem

Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət edirəm..."Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyan acınacaqlı vəziyyətdə yaşadıqlarından, hakimiyyətin onları insan yerinə qoymamasından danışıb.

Publika.az xəbər verir ki, Artünyan müharibə zamanı Ermənistandan köçürülən azərbaycanlılar üçün Azərbaycanda dövlət tərəfindən hərtərəfli şəraitin yaradılmasına qibtə etdiyini, Bakıdan Ermənistana köçən ermənilərin isə hələ də vaqonlarda və yataqxanalarda yaşadığını deyib.

Abovyan şəhərində yataqxanada yaşayan Artünyan “epress” saytında bildirib ki, Ermənistana köçməsindən illər keçib, lakin hələ də heç bir problem həll olunmayıb.

Sayt yazır ki, müharibə zamanı Azərbaycandan köçənlərin və 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən zərərçəkmişlərin həyat səviyyəsi fonunda Ermənistanda Qarabağ klanı zənginləşir. Erməni jurnalist əlavə edir ki, azərbaycanlılarla ermənilər tarix boyu sülh içində yaşayıblar, lakin Köçəryan və Sərkisyan qəbiləsi varlanmaq üçün münaqişə yaratdı və ciblərini doldurdular. “Faktiki olaraq, Ermənistanda hakimiyyət Qarabağ münaqişəsindən və ermənilərin mənasız yerə yaşadığı faciədən istifadə edərək, varlanırlar”, - deyə məqalədə bildirilir.

S.Artünyan acınacaqlı vəziyyətdən xilas olmaq üçün ölkədən getmək istədiyini, lakin buna da imkan verilmədiyini deyib.

“Ermənistan hökuməti bütün səfirliklərə təlimat verib ki, vaxtilə Azərbaycandan köçənləri ölkədən buraxmayın. Çünki biz qazanc mənbəyiyik. Ermənistanda qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımı alırlar. Amma indiyə qədər kimsə bu pulların hara getdiyini araşdırıbmı? Hanı bizə tikdikləri evlər? Ümumiyyətlə, belə evlər mövcuddurmu?”, - deyə o bildirib.

Daha sonra Artünyan erməni dilinə nifrət etdiyini qeyd edib.

“Sən bu vəziyyətdə yaşasaydın, ermənicə danışardın? Bu ölkənin vətəndaşlığını qəbul edərdən?”, - deyə o, saytın müxbirindən soruşur və deyir: “Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmirlər. Ötən il “Qırmızı xaç” cəmiyyəti yataqxanalarda yaşayan bizimkimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?!”

S.Artünyan Ermənistan prezidenti Serj Sərkisyanı satqın adlandırıb: “O, öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında”.

Xeberdar.net

XƏBƏR LENTİ