Rusiyadan 1 trilyon dollar çıxarılıb

738 29-01-2018, 16:20 dunya / gundem

Rusiyadan 1 trilyon dollar çıxarılıbRusiya iqtisadiyyatından son 30 ildə kapital axını 1 trilyon dollardan çox olub.

Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Sergey Qlazev söyləyib.

“Bilirsiniz ki, Rusiya dünyada ən zəngin ölkədir. Biz son 30 ildə dünya maliyyə sisteminə Rusiyadan qaçan 1 trilyon dollar bəxş etmişik. Doğrusunu desək, onların harada olduğunu yaxşı bilmirik. Bu pulun yarım trilyonu ofşorlar və Rusiya iqtisadiyyatı arasında dövr edir. Digər yarım trilyon isə naməlum istiqamətdə yoxa çıxıb”, – deyə o bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ