Reks Tillerson: “Şimal axını 2” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir

879 29-01-2018, 19:05 dunya / gundem

Reks Tillerson: “Şimal axını 2” layihəsi Avropanın enerji təhlükəsizliyi üçün təhdiddir“Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsi Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi üçün təhdiddir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. O bildirib ki, Rusiya və Almaniya arasında nəzərdə tutulan “Şimal axını 2” təbii qaz boru kəməri layihəsi Avropa enerji təhlükəsizliyi üçün təhlükə yaradır. Polşa kimi ABŞ da “Şimal axını 2” boru kəməri layihəsinə qarşı çıxır: “Biz bunun Avropanın ümumi enerji təhlükəsizliyi və sabitliyini pozduğunu düşünürük”.

Xatırladaq ki, ötən ilin noyabrında Danimarka Parlamenti “Şimal axını 2” boru kəmərinin ölkənin su sərhədlərindən keçməsini müzakirə edib. Parlament “Şimal axını 2” boru kəmərinin Baltik dənizindən keçməsinin qarşısını almaq üçün qanun layihəsi qəbul edib. Bu qanunla Danimarka “Şimal axını 2” boru kəmərinin ölkənin su sərhədlərindən keçməsinə qarşı çıxıb. Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minib.

Qeyd edək ki, Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlamışdı. 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Almaniyanın “Wintershall”, Avstriyanın “OMV”, eləcə də “Dutch Shell” şirkətləri layihənin əsas tərəfdaşlarından bəziləridir.

Xeberdar.net

XƏBƏR LENTİ