"Gürcüstan Rusiya qazından imtina edir"

851 29-01-2018, 21:08 dunya / gundem

"Gürcüstan Rusiya qazından imtina edir"
Gürcüstan 2018-ci ildə Rusiya qazı almaqdan imtina etməyi planlaşdırır. Bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Georgi Çikovani məlumat verib.
«Demək olmaz ki, Rusiya qazı almaq üçün bizim pulumuz çatmır. İstənilən halda, pul vəsaiti lazımi qədər çoxdur» – deyə, nazir müavini bildirib.
Çikovani onu da dəqiqləşdirib ki, hal-hazırda «Rusiya qazı sadəcə, Gürcüstana lazım deyil, çünki Azərbaycan qazı kifayət edir».
Bundan əvvəl Gürcüstan müxalifəti hökuməti Moskva və Tbilisi arasında «Ermənistana qaz tranzitini Rusiya qazı üçün ödənişlə əvəzləmək barədə» bağlanmış sazişdən sonra, «Qazprom»dan qaz almağa qadir olmamaqda günahlandırmışdı.
«Azadlıq Radiosu» xatırladır ki, Gürcüstan hökuməti ilə «Qazprom» arasında bağlanmış müqaviləyə əsasən, 2017-ci ildə Ermənistana qaz tranzitinə görə, sonuncu Gürcüstana qismən pulla, qismən də xammalla ödəniş etmişdi. 2018-ci ildən isə tranzitə görə ödəniş yalnız pulla həyata keçiriləcək./azadlıq.org/

XƏBƏR LENTİ