Türkiyə ordusu daha bir strateji yüksəkliyi ələ keçirdi –Türk general Afrinə getdi

681 29-01-2018, 23:55 dunya / gundem

Türkiyə ordusu daha bir strateji yüksəkliyi ələ keçirdi –Türk general Afrinə getdi
Türkiyə ordusu Afrinə başladığı hücumun 10-cu günündə daha bir strateji dağı ələ keçirib.

Strateq.az Tükiyə mətbuatına istinadən xəbər verir ki, bu gün "915 təpə" adlı strateji yüksəklik PYD terrorçularından təmizlənib: "Yüksəklikdə xeyli terorçu məhv edilib. Türk ordusu şəhid verməyib. Bu günə qədər məhv edilən terrorçuların sayı isə 597-yə çatıb".

Məlumata görə, Afrinə qarşı "Zeytub budağı" əməliyyatına rəhbərlik edən 2-ci ordu komandiri, general Mətin Təməl də bu gün Afrinə gedib. O, dünən ələ keçirilən Burseya dağında olub, orduya yerində bəzi göstərişlər verib.

XƏBƏR LENTİ