Türkiyədə ağır yol qəzası: Səkkiz ölü

914 30-01-2018, 12:23 dunya / gundem

Türkiyədə ağır yol qəzası: Səkkiz ölüTürkiyədə Van-Hakkari avtomagistralında yük maşını ilə mikroavtobus toqquşub.

Xeberdar.net Anadolu Agentliyinə istinadən məlumat verir ki, Van əyalətinin Gürpınar rayonundakı qəzada səkkiz nəfər həyatını itirib, iki nəfər ağır yaralanıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə Van Təlim-Araşdırma Xəstəxanasına aparılıb. Hadisə yerində polis araşdırma aparır.

Xeberdar.net

XƏBƏR LENTİ