Dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama aparması hüququnun ləğvi təklif edilir.
Trend-in məlumatına görə, bu, “Sanitariya-epidomoloji salamatlıq haqqında” qanuna yeni təklif edilən dəyişikliklərdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti qida məhsullarının istehsalı, daşınması, saxlanması və satışı obyektlərində yoxlama apara bilməyəcək.
Bununla bağlı qanunun Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti aşağıdakı hüquqlarına aid olan 34-cü maddəsinin 1-ci hissəsinə “Qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla” sözləri əlavə edilib. Bununla da dövlət sanitariya-epidemioloji xidmətinin qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması, saxlanması və satışı obyektləri istisna olmaqla, digər obyektlərdə yoxlama aparmaq səlahiyyəti saxlanılır.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xeberdar.net