«AzPolitika.info»-nun Rusiya qaynaqlarına istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-dəniz qüvvələrinə (HDQ) məxsus böyük fəaliyyət radiuslu («ER-3E Aires II») təyyarə, qərb aviasiya resurslarının monitorinq məlumatlarına görə, bazar ertəsi Qara dənizdə Rusiya sərhədləri yaxınlığında uzun müddətli kəşfiyyat uçuşu keçirib.
Onların məlumatına görə, göyərtə nömrəsi 157326 və çağırış parolu FARMR26 olan təyyarə Krit adasındakı Suda-bey aviabazasından havaya qalxaraq, Krımın cənub və cənub-qərb sahilləri boyunca Qara dənizin beynəlxalq suları üzərində uçuş həyata keçirib. Bəzi hallarda o, Sevastopolun 40 kilometrliyinə qədər yaxınlaşıb.
Ötən həftənin şənbə günü də Krım sahilləri yaxınlığında bu kəşfiyyat təyyarsi uçuş həyata keçirib.
Bundan başqa, ötən cümə axşamı ABŞ HDQ-ə məxsus «P- 8A Poseydon» təyarəsi Siciliya adasındakı Siqonella aviabazasından havaya qalxaraq, Qara dənizin başlıca hərbi-dəniz bazasının qərb cinahında uzun müddət dövrə vurub.
Xeberdar.net