Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıb

678 30-01-2018, 14:31 dunya / gundem

Türkiyə prezidenti Latın Amerikası ölkələrinə səfərini təxirə salıbTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə planlaşdırılan səfərini qeyri-müəyyən müddətədək təxirə salıb.

Xeberdar.net “Haber7”yə istinadən xəbər verir ki, dövlət başçısı fevralın 5-də Vatikan və İtaliyaya səfər edəcək.

R.T.Ərdoğan bu ölkələrdən sonra Braziliya, Uruqvay və Venesuelaya getməyi planlaşdırırdı. Onun Latın Amerikası ölkələrinə ziyarəti qeyri-müəyyən müddətədək təxirə salınıb.

Xeberdar.net

XƏBƏR LENTİ