''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti

1 301 30-01-2018, 23:23 siyaset / gundem

''İtmiş'' briliyant qaşlı üzüyün sirləri – Aynur Camalqızına qədər uzanan Rza Zərrab xətti
Bəs nədən hər kəsə meydan oxuyan məşhur reket Akif Çovdarov qrupu “cəzalandırmadı”? Əhəd Rzanın, Əbülfəz Məlikovun ölkə xaricindəki himayədarları bunu Çovdarova bağışlamazdılar. Aynur Camalqızı hadisələri bildiyi halda süsurdu.

“Xanım o üzüyü mənə ver, mən onun sirlərini bilirəm.” Bu cümlə “Dədə Qorqud” filimində Beyrəklə Banuçiçəyin görüş səhnəsndəndir. Səbəbsiz də xatırlamadıq. Diqqətli oxucuların yəqin ki, yadındadır. Dəfələrlə qeyd etmişik və yenə də yaddaşları təzələyək. “Teleqraf” MMC-nin rəhbəri, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun media – kraliçalarından biri, gömrük monopolisti Aynur Camalqızının həyatının bir məqamı da məhz üzüklə bağlıdır. Həm də briliyant qaşlı üzüklə. Br zamanlar mövcud iqtidara, əsasən də mərhum Ulu Öndər Heydər Əliyevə və ölkə Prezidenti cənab İlham Əliyevə qarşı ultra radikal cəbhədə yer alan Aynur Camalqızı hər iki şəxsiyyəti təhqir etməklə kifayətlənmirdi, eyni zamanda onların fiziki yoxluğunu da arzulayırdı. Və Camalqızı istəyini nəinki gizlətmirdi, dövrunun ən radikal müxalif mətbu orqanında belə yazırdı, dərc etdirirdi. Bir zamanların ən ultra radikal jurnalisti, indi isə fövqəlnazirin maddi – siyasi dəstəyi ilə media holdinq sahibəsi olan Aynur Camalqızı Ulu Öndərin ölüm xəbərini ona gətirənə yeganə dəyərli əşyasını – briliyant qaşlı nişan üzüyünü hədiyyə olaraq vəd etmişdi. Məsələyə bəşəri – dünyəvilik baxımından nəzər yetirdikdə bir şəxsin ölümünü açıq – aşkar arzulamaq və kütləvi oxucu auditoriyasına təqdim etmək cinayətdir və ya cinayətə təşəbbüsdür. Dini baxımdan günahdır. Milli mental dəyərlər baxımından isə sadəcə utanc gətirəcək haldır. Cinayətin günahla pərdələnməsi mümkünsüz olduğu kimi utancından qurtulmağa cəhddə bulunmaqda yersizdir. Lakin nədənsə fövqəlnazir illərdir Aynur Camalqızının bu qurtuluşuna cəhd edir. Ötən gün redaksiyaya daxil olan məlumat isə olduqca maraqlı idi. “Sizin Aynur Camalqızının vəd edilmiş üzüyünün “itməsindən” xəbəriniz varmı?” – sualına, mənbə özüdə cavab verdi – “Ulu Öndərin vəfatından sonra Aynur Camalqızı dövrüyyəyə üzüyünün itməsi ilə bağlı informasiyalar buraxdı. Lakin bu belə deyil.” Bəs elə isə məsələnin əsli nədir? Xatırladaq ki, Prezident İlham Əliyev haqqında qələmə aldığı “Şahzadə” adlı cızma – qarada ölkə başçısına xitabən dediklərini kimsə unutmayıb. “İlham Əliyev xarici medianın diqqət mərkəzindədir. Bütün “fəxri ad”ları, “titulları”, hobilləri ilə bahəm “tədqiq” olunur. “Pleyboy, “qumarbaz”, “qadın düşgünü”. Yeni baş nazirin... Aynur Camaqızının müəllifi olduğu yazını ikrahla xatırlatmaq belə utanc gətirir. Bəs necə oldu ki, bir neçə il öncə yuxarıda qeyd edilənləri utanmadan, məsuliyyət hiss etmədən qələmə alan xanım – monopolistin üzüyü itdi? “Əslində itmədi, vəd edilmiş hədiyyə sahibinə verildi”. Bu həmin ərəfə idi ki, xanım – monopolist FHN şefinin biznesmen oğlu ilə Praqada görüşür, görəvlər alırdı. Və həmin görüşlərin nəticəsi olaraq MM-ə hazırlanırdı. Mənbənin bildirdiyinə görə Camalqızının Ulu Öndərlə və cənab Prezidentlə bağlı yazılarının ilk cümləsinin nöqtəsi də məhz həmin görüşlərdə qoyulurdu.

Ötən yazılarımızda hal – hazırda ABŞ-da çirkli pulların yuyulması iddiası ilə məhkəmə qarşısına çıxarılan Rza Zərrabın açdığı yolda Fövqəladə Hallar naziri Kəmalədin Heydərovla bərabər, “Teleqraf” MMC-nin sahibi – mütləqi Aynur Camalqızının, “TransBroker” MMC-yə rəhbərlik edən Əbülfəz Məlikovun və “AzTexnika” MMC-nin rəhbəri Əhəd Rzanın yer almaları haqqında məlumatlar dərc etmişdik. Onu da qeyd etmişdik ki, Rza Zərrab vasitəsilə İran Xüsusi Xidmət orqanlarına bağlı olan qruplaşmanın əlaqələri əsasən Əhəd Rza vasitəsilə qurulub. Ölkə mediası Əhəd Rzanın Rza Zərrabin Azərbaycan üzərindən görülən işlərdə birbaşa əlaqələndircisi olması ilə bağlı dəfələrlə məlumatlar dərc etsədə, tərəflər bu günə kimi iddiaları rədd edəcək arqumentlər səsləndirməyiblər. İran Xüsusi Xidmət orqanlarına birbaşa bağlılığı artıq sübut edilmiş Rza Zərrabın Azərbaycanla bağlı işlərini isə “TransBroker” MMC-yə rəhbərlik edən Əbülfəz Məlikov və “Teleqraf” MMC-nin sahibəsi Aynur Camalqızının həyat yoldaşı İlqar icra edib. Redaksiyaya daxil olan son məlumatlara görə mediada dərc edilən araşdırmalardan sonra məlum qrupun mövqeyi ölkənin gömrük sistemində xeyli zəiflədilsə də, lakin hələ də gömrük monopoliyası onların nəzarətində qalmaqdadır.

Xatırladaq ki, ötən yazımızda redaksiyaya daxil olan məlumatlar əsasında dərc etdiyimiz araşdırmamızda qrupun maye sabun adı ilə gömrükdən keçirdikləri kimyəvi məhsulun əslində “Antlhidrat turşusu” olduğunu qeyd etmişdik. Və onu da qeyd etmişdik ki, dünya çaplı narkobaronlar öz laborotoriyalarında bu kimyəvi turşunun hər tonundan 500 kq dünyanın ağ ölüm adlandırdıqları heroin əldə edirlər. Bizim üçün də maraqlı olan tərəf isə əslində budur: Görəsən Rza Zərrabın da yer aldığı qrupa bu kimyəvi turşu nədən lazım olub? Ölkəyə narkotik vasitələrin əsasən İrandan “idxal” olunduğu da kimsəyə sirr deyil. Elə isə... Bir müddət öncə Naxçıvan Muxtar Respublikasının sabiq Daxili İşlər nazir Əhməd Əhmədovun “vurulmasında” da məlum qrupun “rolunun” olduğu kluarlarda müzakirə edilən mövzular içərisindədir. Mənbənin bildirdiyinə görə sabiq nazirin də məlum qrupun qanunla qadağan olunmuş mallarının sərhəddən keçirilməsində və mühafizə olunmasında xüsusi rolu varmış. Belə ki, təxminən yüz kiloqrama qədər sərhəddə aşkar edilən heroindən sonra Naxçıvan MR-in aidiyyatı strukturlarında ciddi dəyişiklər edilsə də, lakin tonlarla antlhidrat turşusu gömrükdən maneəsiz keçdi. Etibarlı mənbədən redaksiyaya daxil olan məlumata görə isə sərhəddən keçirilməyə cəhd edilən narkotika daha böyük miqdarda olub. Təəssüf ki, sadə vətəndaşın öz məmləkətinə göndərdiyi hədiyyə telefon isə muxtar respublikanın Daxili İşlər nazirliyinin əməkdaşları tərəfindən səbəb göstərilmədən müsadirə edildi.

Diqqətli oxucularımız xatırlayırsa ötən araşdırmalarımızda Bakı Hava Limanından qalxan təyyarənin qısa müddətdən, daha dəqiqi ləğv edilmiş MTN-nin rəhbərliynin xüsusi müdaxiləsindən sonra təkrar Bakı aeroportuna geri qaytarılması ilə bağlı anons dərc etmişdik. Mənbənin bildirdiyinə görə həmin reyslə ölkədən 33 milyard dollar nəğd pul çıxarılırmış. Xatırladaq ki, 2015-ci ildə baş vermiş bu hadisə zamanı yükün - pulun çəkilməsi üçün aeroporta təhkim edilmiş tərəzi yoxa çıxır. Məlumatı verən mənbənin bildirdiyinə görə hal – hazırda həbsdə olan, ləğv edilmiş MTN-nin generalı Akif Çovdarovun xüsusi tapşırığı ilə yük – pul çəkən tərəzi “itir”. Və hətta ölkənin az qala iki illik büdcəsi qədər olan nağd vəsaitin aqibəti isə məlum olmur. Mənbə əlavə olaraq bildirdi ki, həmin tərəzi məhz “TransBroker” MMC-yə məxsus olub. Bəs nədən hər kəsə meydan oxuyn məşhur reket Akif Çovdarov qrupu “cəzalandırmadı”? Mənbənin verdiyi məlumata görə Çovdarovun çapı yalnız ölkə miqyasında olduğu üçün bu qrupa “tavan” tətbiqi onun boyunu aşırdı. Əhəd Rzanın, Əbülfəz Məlikovun ölkə xaricindəki himayədarları bunu Çovdarova bağışlamazdılar. Əslində bağışlamadılarda. Hadisədən qısa müddət sonra məlum MTN hadisələri gündəm mövzuya çevrildi. Məsələnin ən maraqlı tərəfi isə Aynur Camalqızının hadisələri bildiyi halda süsmasıdır. Halbuki ölkə həmin ərəfədə ciddi proseslərə hazırlaşırdı. Parlament seçkiləri, Avropa Oyunları və s. 2015-ci ili mayında Bakı Beynəlxalq Hava limanında anbara təhkim olunmuş tərəzinin “yoxa” çıxması cəmiyyətdən gizlədilsə də, həmin hadisədən sonra Sadiq adlı gömrük əməkdaşı Bakı Hava limanındakı görəvindən uzaqlaşdırıldı lakin taleyin ümdinə də buraxılmadı. Adam ən azından ciddi məlumatlara sahib idi. Astara gömrüyünə rəis təyin edildi. Müavini Nizami isə onun yerinə təyinat aldı.

Mövzuya qayıdacağıq.

Növbəti araşdırmanın mövzusu:

1. Bəzi radikal dini qruplar kimlərin nəzarətindədir?
2. “Nehrəmli aktivistlər” adlanan qrupda kimlər var?
3. Hər il Qurban və Ramazan bayramlarında milyon dollarla vəsaiti kimlər hədiyyə olaraq hara göndərir?

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.

BakuNews.az

XƏBƏR LENTİ