Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – Təxribat

867 31-01-2018, 11:42 dunya / gundem

Yunan gəmisi Bizans bayrağı ilə Türkiyəyə gəldi – TəxribatYunanıstanla Türkiyə arasında Egey dənizindəki mübahisəli ərazidə gərginliyi artıran daha bir insident baş verib.

Axar.az xəbər verir ki, “Maçitis” adlı yunan gəmisi Bizans bayrağı taxaraq İzmirin Qaraburun sahillərinə gəlib. Burada təlim keçən Türkiyə Dəniz Qüvvələri Komandanlığına aid gəmilərin yaxınlığından keçərək təlim planına mane olmağa və təxribata cəhd edib. Türkiyə Dəniz Qüvvələrinin soyuqqanlı müdaxiləsi ilə yunan tərəfinin cəhdi boşa çıxıb.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin Sahil Təhlükəsizlik Gəmiləri Kardak adasına gəlmək istəyən Yunanıstan Müdafiə naziri Panos Kamennosun gəmisinin adaya girişinə izn verməmişdilər.

Xeberdar.net

XƏBƏR LENTİ