Bu gündən kompensasiyaların verilməsinə başlanacaq

814 1-02-2018, 09:35 gundem

Bu gündən kompensasiyaların verilməsinə başlanacaq
Bu gündən lisenziyası ləğv olunan “Dəmirbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsinə başlanacaq.

“APA-Economcis” xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Dəmirbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “Kapitalbank” ASC seçilib.

Kompensasiyalar “Kapitalbank” ASC-nin filial şəbəkəsi vasitəsilə veriləcək.

Qeyd edək ki, 2 mart 2016-cı il tarixdə qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2 mart 2016-cı il tarixdən qorunan əmanətlər üçün tətbiq edilən maksimal illik faiz dərəcəsi- milli valyuta üzrə 15%, xarici valyuta üzrə 3% həddində olan Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 (üç) il müddətində tam sığortalanır.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli 49/1 saylı qərarı ilə “Dəmirbank” ASC –yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. “Əmanətlərin sığortalanması haqqında” qanuna uyğun olaraq “Dəmirbank” ASC-də sığorta hadisəsi günü 22 dekabr 2017-ci il müəyyən edilib.

xeberdar.net

XƏBƏR LENTİ