Hüseynqulu Bağırovun diqqətinə: Ərəblər İmişli-Beyləqan ərazilərində qanunsuz ov edirlər!!!

1 379 1-02-2018, 14:40 siyaset / bolge

Hüseynqulu Bağırovun diqqətinə: Ərəblər İmişli-Beyləqan ərazilərində qanunsuz ov edirlər!!!
Son vaxtlar ölkənin xəbər saytlarının ən çox tənqid etdiyi sahələrdən biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyindəki əməkdaşlardır. Bu sturuktor demək olar tənqid edilənlər sırasında rekord həddədir. İnsafən desək, adıçəkilən qurum qeyd olunan neqativ hallarla bağlı olaraq dərhal da reaksiya verərək, qeyd olunan nöqsanları edən əməkdaşlarını cəzalandırır və həmin nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görür. Son bir il ərzində nazirliyin tabeçiliyində olan onlarca işçi məhz bu səbəbdən cəzalandırılmışdır. Ancaq təəssüflə qeyd edək ki, bundan nəticə çıxarmayan nazirliyin bəzi əməkdaşları hələ də belə neqativ hərəkətlərin həyata keçməsində bilavasitə iştirakçı olurlar. Haşiyə çıxaraq bu gün sizlərə bəhs edəcəyimiz mövzu barədə danişmamışdan öncə bir zəruri məqama toxunmaq istərdim. Xatırlayırsınızsa, hələ bir müddət öncə saytların birində Ağdam rayonunun Xındırıstan qəsəbəsində kütləvi şəkildə-60 ədəd çinar ağacının kəsilməsini əks etditən video çarx təqdim etmişdi. Aldığımız məlumata görə, bununla əlaqədar olaraq həmin ağacları kəsənlərə qarşı sərt və təxirəsalınmaz tədbirlər görülməklə, 30.000 (otuz min manat) cərimə ediliblər. Məlumatlı şəxsin sözlərinə görə nazirliyin Bərdə Regional İdarəsinin Ağdam rayonu üzrə sahənin rəisi Oqtay adlı şəxslə həmin çinar ağaclarının kəsilməsi ilə bağlı əvvəlcədən şadlıq evinin rəhbərliyi sövdələşdikdən sonra kəsmişlər. Hətta buna görə, sahə rəisinə 500 manat rüşvət verildiyi də iddia olunur. Ancaq sonradan ağacların kütləvi qətliamından sonra sahə rəisi də bu şəxsləri qoruya bilməyib və aldığı pulu(?) geri qaytarmaq zorunda qalıb. Yəni həmkarlarımız onların gözləmədikləri zamanda oyunlarını pozub…
Hüseynqulu Bağırovun diqqətinə: Ərəblər İmişli-Beyləqan ərazilərində qanunsuz ov edirlər!!!
Qayıdaq bu gün bəhs edəcəyimiz mövzuya. Yerləşdirdiyimiz şəkillərdən də göründyü kimi Ərəblər açıq şəkildə qanunsuz ov etməklə məşğuldurlar. Bildirildiyinə görə, hər gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ərazi üzrə səahiyyətlisi olan Şükür müəllimə gündəlik hər birisi 200 ABŞ dolları verməklə, istədikləri kimi ov etməklə məşğuldur. Eyni zamanda bu məsələdə İmişli və Beyləqan rayonlarının Polis Şöbələri də onların qanunsuz ovuna göz yummaqdadır.

Mövzu diqqətimizdədir, qarşı tərəfi də dinləməyə hazırıq.dosye.az

XƏBƏR LENTİ