Qara dənizin Krım sahillərində Moldova bayrağı altında üzən BERG adlı yük gəmisi batır.
“Report” xəbər verir ki, gəmidə Azərbaycan və Ukrayna vətəndaşları da daxil olmaqla 12 heyət üzvü var.
RİA “Novosti”nin məlumatına görə, yük gəmisinin gövdəsi zədələnib. Gəmi Feodosi buxtasında yedəkdədir, heyət üzvləri təxliyyə edilib.
Qəzanın səbəbləri məlum deyil.
Gəmi qapalı Kerç limanından Türkiyənin Bandırma limanına gedirmiş. Həmçinin o da məlumdur ki, gəmi yanvarın 28-də Azov limanında olub.
Xeberdar.net