ABŞ-da məktəbli qız yoldaşlarını güllələyib –İki nəfər yaralanıb

745 2-02-2018, 09:00 dunya / gundem

ABŞ-da məktəbli qız yoldaşlarını güllələyib –İki nəfər yaralanıb
ABŞ-da məktəbli qızın atəş açması nəticəsində iki nəfər yaralanıb.

"RİA Novosti"nin verdiyi məlumata əsasən, hadisə Kaliforniya ştatının Los-Anceles şəhərində baş verib. Başından yaralanan 15 yaşlı yeniyetmənin vəziyyəti kritikdir.

Qeyd olunur ki, daha bir neçə nəfər şüşə qırıntılarından yüngül yaralanıb. Atəş açan qız polis tərəfindən tutulub.

Xeberdar.net