Müəllimələrə qarşı dələduzluqda təqsirləndirilən qadın intihara cəhd edib - milyonluq iş

808 2-02-2018, 14:22 gundem

Müəllimələrə qarşı dələduzluqda təqsirləndirilən qadın intihara cəhd edib - milyonluq iş
Dələduzluqda təqsirləndirilən qadın intihara cəhd edib. O xəstəxanaya yerləşdirildiyindən məhkəməsi təxirə düşüb.

Musavat.com xəbər verir ki. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs məhkəməyə gəlmədib.

Məhkəmədə V.Osmanlının vəkili bildirib ki, müvəkkili intihara cəhd edib. Bu səbəbdən də onu xəstəxanaya aparıblar. V.Osmanlı hazırda 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb və orada müalicə alır.

Məhkəmə onun barəsində məcburi gətirilmə barədə qərarı çıxarıb.

V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. O Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların ümumilikdə 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır. V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməyib. Məhkəmədə o, ittiham üzrə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.

Bildirək ki, V.Osmanlı əvvəllər Azərbaycan İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

XƏBƏR LENTİ