Sürücü və piyadalarla bağlı vacib yenilik – QANUNDAKI DƏYİŞİKLİK QÜVVƏYƏ MİNDİ

1 056 2-02-2018, 16:36 sosial / gundem

Sürücü və piyadalarla bağlı vacib yenilik – QANUNDAKI DƏYİŞİKLİK QÜVVƏYƏ MİNDİ
Bu gündən “Yol hərəkəti haqqında” qanuna edilmiş dəyişikliklər qüvvəyə minib.
Xeberdar.net Lent.az-a istinadən xəbər verir ki, artıq hər bir şəxs sürücülük vəsiqəsi alarkən, vəsiqəni dəyişərkən, avtomobili qeydiyyata və təkrar qeydiyyata aldırarkən, texniki baxışdan keçirdərkən qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimələrini ödəməsə, həmin şəxsin müraciətindən imtina ediləcək.

Təyin olunmuş cərimə və faizi ödənildikdən sonra vətəndaşların sürücülük vəsiqəsi alması, dəyişməsi, avtomobili qeydiyyata və ya təkrar qeydiyyata aldırması, maşını texniki baxışdan keçirməsi mümkün olacaq. Yeni qaydalar piyadalara da aiddir. Yəni hər hansı şəxs piyada kimi cərimələnibsə belə, sürücülük vəsiqəsi aldıqda cəriməsini ödəməli olacaq.

XƏBƏR LENTİ