“Putin yeni dünya düzəni ilə öz baxışlarını reallığa çevirir” – Ştefan Mayster

“Putin yeni dünya düzəni ilə öz baxışlarını reallığa çevirir” – Ştefan Mayster“Hakimiyyətə gəldiyi ilkin dövrlərdə beynəlxalq arenada aşkar autsayder sayılan Vladimir Putin indi rəqib ölkələri özünün yeni dünya düzəni haqqında ideyalarına uyğun rəqs etdirir”.

Musavat.com xəbər verir ki, bu qəribə bənzətmə İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində, Robert Boş adına alman fondunun Mərkəzi və Şərqi Avropa, Rusiya və Mərkəzi Asiya araşdırmaları mərkəzinin rəhbəri Ştefan Maysterin məqaləsində yer alıb.

Rusiya prezidentinin usta siyasətçi olaraq təsvir olunduğu yazıda Qərb bir çox məsələlərdə ona qarşı lazımi anda və dərəcədə reaksiya verməməkdə günahlandırılıb.

Maysterin firkincə, Putin NATO ilə müqayisədə əlindəki məhdud resurslardan bacarıqla istifadə edərək onu ölkəsinin beynəlxalq prestijinin artması yolunda effektiv şəkildə sərf edən usta taktikdir.

“Bugünkü Rusiya rəhbərliyi aşkar surətdə strateji uzaqgörənliyə malik deyil. Lakin Avropa Birliyindən fərqli olaraq Kreml qarşısında dəqiq formalaşmış və uğurla yerinə yetirilən hədəflər qoyub”, – məqalədə yazılıb.

Müəllifin fikrincə, bu hədəflər Rusiyanın Vaşinqton qarşısına bərabər səviyyədə güclə çıxması, postsovet məkanındakı qonşu dövlətlərin suverenliklərinin məhdudlaşdırılması və beləliklə, onların Rusiyanın nüfuz zonalarına daxil edilməsi, habelə Qərbin demokratikləşmə ilə bağlı siyasətinin həm Rusiyanın ətrafında, həm də ümumiyyətlə, bütün dünyada sona çatdırılmasından ibarətdir.

“Rusiya rəhbərlyi üçün biz dünya düzəninin yeni transformasiyası mərhələsinə qədəm qoymuşuq. Buna görə, razılaşdırılmış qaydalar və beynəlxalq hüquq prinsipləri güclülərin hakimiyyətindən daha az qüvvəyə və avtoritetə malikdir. Almaniya və AB-dən fərqli olaraq Moskva yeni dünyaya daha hazrılıqlı görünür. Çünki Kremlin xaos, güvənsizlik situasiyalarda, habelə zəif və ya ümumiyyətlə olmayan dövlətçiliyə malik dövlətlərlə münasibətlərdə təcrübəsi olduqca böyükdür. Bütün bunları Rusiya Şərqi Ukrayna kimi yerlərdə olduğu kimi “nəzarət olunan sabitsizlik” siyasətinin köməyi ilə asanlıqla yarada bilir”, – Mayster qeyd edir.

Ekspert Rusiyanın son illərdə Qərb demokratiyalarının zəif yerlərindən ustaqlıqla istifadə edərək beynəlxalq arenada əsas pozucu qüvvə kimi özünü təsdiqlədiyini bildirir.

“Daxili nəzarət, yumşaq nüfuz etmə metodları və xarici sərhədlərdə hərbi gücün birgə kombinasiyası Kremlin özünü doğru yolda, Qərbi isə izini itirmiş vəziyyətdə hiss etməsinə gətirib çıxarıb”, – Mayster yazır.

Müəllifin firkincə, “silahlı Rusiyaya” ən böyük cavab “aşkar qorxutma” siyasəti olmalıdır. “Biz açıq cəmiyyətlərə həm daxili, həm də xarici sərhədlərdə mübarizəni doğru aparsaq Putinin özünü böyük dövlət kimi təqdim etdiyi ərazilərdən sıxışdırıb çıxara bilərik”, – yazının yekunuda qeyd olunub.

Xeberdar.net

“Putin yeni dünya düzəni ilə öz baxışlarını reallığa çevirir” – Ştefan Mayster

  • 3-02-2018, 23:48
  • 429


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI