Tovuzda 4 otaqlı ev yandı

732 4-02-2018, 11:34 cemiyyet / gundem

Tovuzda 4 otaqlı ev yandıTovuzda yanğın hadisəsi qeydə alınıb.


Xeberdar.net-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Böyük Qışlaq kəndində ümumi sahəsi 112 m2 olan ikimərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə evin birinci mərtəbəsində taxta konstruksiyalardan ibarət pilləkən 6 m2 sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ