Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycana milli valyutada kreditlər verməkdə davam edəcək. Bu barədə Trend-ə AYİB-in baş ofisindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, bunun üçün müştərilər tərəfindən də maraq olmalıdır.
Bankdan bildirilib ki, AYİB əvvəlki kimi manat istiqrazlarının buraxılmasını hədəfləyir: “Azərbaycanın milli valyutasında istiqrazların buraxılması bizim məqsədlərimizdən biridir və biz müvafiq orqanlarla müzakirələrimizi davam etdiririk. Biz bazarı izləməliyik, çünki qərarımıza təsir göstərən bir çox xarici amil var”.
Əlavə olunub ki, hazırda istiqrazların buraxılışı üzrə dəqiq vaxt çərçivəsi yoxdur.
Xeberdar.net