Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində daha 32 terrorçunu məhv edib və öldürülən yaraqlıların sayı 932 nəfərə çatıb.
Xeberdar.net "Hüriyyet"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığının məlumatında bildirilir.
Aviasiyanın zərbələri nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarına məxsus sığınacaq və silah-sursat anbarı kimi istifadə edilən 5 hədəfi məhv edilib.
Xeberdar.net