Türk ordusu daha bir dağı terrorçulardan azad etdi

643 4-02-2018, 16:27 dunya / gundem

Türk ordusu daha bir dağı terrorçulardan azad etdiTürkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin şimalında Bülbül bölgəsində yerləşən Huruz dağını azad etmək üçün başlatdığı hücum uğurla nəticələnib. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi informasiya yayıb.
Huruz dağının alınması ilə Bülbül bölgə mərkəzinin təhlükəsizliyi təmin olunub. Hazırda dağın yaxınlığındakı ərazilər terrorçulardan təmizlənir.
Qeyd edək ki, Türkiyənin “Zeytun budağı” əməliyyatı çərçivəsində hələlik 31 məntəqə terrorçulardan təmizlənib.

Xeberdar.net

XƏBƏR LENTİ