İsmayıllıda ev, Ağcabədidə tövlə yandı

769 4-02-2018, 16:38 cemiyyet / gundem

İsmayıllıda ev, Ağcabədidə tövlə yandıİsmayıllı rayonunda ev yanıb.

Xeberdar.net Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Talıstan kəndində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Ağcabədi rayonunda da baş verib. Ümumi sahəsi 50 m2 olan tövlənin yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

Xeberdar.net

XƏBƏR LENTİ