Bakıda marketin seyfindən 6000 manat oğurlandı

668 5-02-2018, 17:25 cemiyyet / gundem

Bakıda marketin seyfindən 6000 manat oğurlandıBakıda işlədiyi marketin seyfindən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberdar.net

XƏBƏR LENTİ