Qanadsız Mələklər

753 5-02-2018, 22:13 gundem

Qanadsız Mələklər
Uşaqlar cəmiyyətin gələcəyidir. Cəmiyyət davamlılığını təmin etmək istəyirsə uşaqları diqqətlə tərbiyə etməli və hər sahədə istənilən şəkildə inkişafını təmin edən mühiti, arzu olunan bir səviyyədə hazırlamalıdır. Uşağın cəmiyyət üçün yaralı bir şəxsiyyətə keçməsində ilk növbədə ailə böyük rol oynayır. Çünki, uşaq dünyaya gəldiyi an ailə mühitinə düşür və ona verilən tərbiyəni mənimsəyir. Lakin hər bir uşağın həyat yolu ailədən başlamır, belə uşaqlar cəmiyyətdə “ kimsəsiz uşaqlar ” kimi yaddaşlara həkk olunub.
Kimsəsiz uşaqlar valideynlərini müəyyən səbəblərə görə itirmiş və ya valideynləri tərəfindən tərk edilmiş uşaqlardır. Həmin uşaqlar həyatda 1 ayağını itirmiş şəkildə hərəkət edir. Hal-hazırda minlərlə kimsəsiz uşaq, uşaq evlərində böyüyür. Görəsən o uşaqlar çətin anlarında kimə arxalanırlar ? Ürəkləri nəsə istəyəndə kimə göz dikirlər ? Sevinclərini kimlə bölüşürlər ? Bəs göz yaşlarını ? Az öncə ki situasiyalar cəmiyyətin böyük bir hissəsini maraq dairəsinə daxil deyil, yəni onlar bu haqda düşünmək belə istəmirlər. Yalnız bu problemlərlə ümumdünya təşkilatları, ayrı-ayrı ölkələr müəyyən səviyyədə diqqət yetirir.
Cəmiyyətə məxsus bu problem öz həllini cəmiyyətin səyi nəticəsində tapa bilər. Əgər cəmiyyət bu problemə istiqanlı yanaşmasa o zaman bu probemlərin həllindən söz belə gedə bilməz. Belə ki , Avopa ölkələrində uşaq evləri çox azdır, çünki orda kimsəsiz uşaqları ayrı-ayrı ailələr tərəfindən himayəyə götürülməsi normal hal kimi səciyyələnir. Bu məsələlərə dövlətimiz tərəfindən lazımi qayğı göstərilsə də, təəssüf ki , vətəndaşlarımız tərəfindən diqqət yetirilmir. Nadir halda hər hansı bir ailənin uşaq himayəyə götürdüyünün şahidi olarsınız. Çünki ölkəmizdə “ Başqasının uşağından mənə övlad olar ?! ”,“ Övladlığa uşaq götürsəm, kənardan nə deyərlər heç bilirsən ?! ” və digər formada düşüncələr formalaşıb. Məgər o kimsəsiz uşaqlar digərlərindən əksikdi ? Yoxsa onların qayğıya ehtiyacı yoxdu ? Azərbaycanda kifayət qədər imkanlı şəxslər olsa da, lakin onların böyük bir iddəsi internat məktəblərinə maddi yardım göstərmir. O kimsəsiz uşaqların günahı nədir ? Onlara biz dəstək olub, yardım etməyəcəyiksə kim edəcək ? Kim bilir, bəlkə o uşaqlar bir gün cəmiyyət üçün bizim edə bilmədiklərimizi edəcəklər. Bu məsələyə sosioloji aspektdə yanaşmaq daha məqsədə uyğundur.

Eltac Xudizadə

XƏBƏR LENTİ