İrandan Azərbaycana heroin gətirilməsinin qarşısı alınıb

740 6-02-2018, 09:54 kriminal / gundem

İrandan Azərbaycana heroin gətirilməsinin qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, selofana bükülü vəziyyətdə 2 ədəd bükümdə xalis çəkisi 150,764 qram olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ