Novruz bayramında böyük əfv sərəncamı olacaq

709 6-02-2018, 09:00 gundem

Novruz bayramında böyük əfv sərəncamı olacaq
Novruz bayramında imzalanması gözlənilən əfv sərəncamı miqyasına görə daha böyük olacaq.
Bu barədə modern.az-a Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev bildirib ki, Komissiyada növbəti günlərdə daha bir neçə iclas keçiriləcək: "Hələlik iki iclas keçirilib. Müraciətlərə baxılıb. Növbəti iclaslarda da daxil olan müraciətlər araşdırılacaq və müvafiq rəy hazırlanacaq. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevinsəlahiyyətindədir. Ona görə də hazırlanan rəy lkə rəhbərinə təqdim olunacaq".

Xeberdar.net

XƏBƏR LENTİ