Əsəddən Türkiyəyə qarşı addım: Afrin təhlükəsi...

669 6-02-2018, 13:47 dunya / gundem

Əsəddən Türkiyəyə qarşı addım: Afrin təhlükəsi...Əsəd rejiminin komandanlarından biri Suriya ordusunun Hələb və İdlibə yeni hava hücumundan müdafiə sistemləri və zenit raket kompleksləri yerləşdirdiyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Agentliyə bu haqda danışan hərbi mənbə bildirib ki, bu addım hər kəsə verilən bir mesajdır.

Türkiyə mediasında bu qərarın türk ordusuna qarşı bir həmlə ola biləcəyinə işarə edilir. Xüsusən, Suriya Xarici İşlər nazirinin müavini Faysal Miqdadın Afrin əməliyyatından əvvəl “Suriyanın hava hücumundan müdafiə sistemləri ölkəyə hücum etməyə çalışan türk təyyarələrini yox edəcək” açıqlaması diqqətə çatdırılır.

Qeyd edək ki, TSQ Afrin əməliyyatlarının Türkiyənin hüquqi qanunvericiliyi, BMT Təhlükəsizlik Şurasının terrorla mübarizəyə istiqamətlənmiş 1624, 2170 və 2178 saylı qətnamələri və BMT razılaşmasının 51-ci maddəsində göstərilmiş özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmət etməklə həyata keçirildiyini və mülki vətəndaşların zərər görməməsi üçün son dərəcə ehtiyatlı davranıldığını açıqlayıb.

Xeberdar.net

XƏBƏR LENTİ