Azərbaycanlilarla dushməncilik edən azərbaycanlı: Yekaterinburqda nə baş verir?

Azərbaycanlilarla dushməncilik edən azərbaycanlı: Yekaterinburqda nə baş verir?

Bu yaxınlarda mətbuatda Rusiyanın Yekaterinburq şəhərinin keçmiş vitse-merinin – azərbaycanlıların qızğın düşməni Viktor Konteyevin fırıldaqları haqqında material dərc edilmişdi. O materialda sabiq vitse-merin əməlləri, onun qərəzli antiazərbaycan mövqeyi haqqında danışılırdı. Sonradan məlum olduğu kimi, bizim həmyerlilərimizin arasında Konteyevə dəstək verən çox oldu. Onlardan bir neçəsinin haqqında bizə Yekaterinburqda olduğumuz zaman danışdılar. Söhbət Fehruz Şirinov və onun oğlu Bəşirzadə Nicat adlı şəxslər haqqında gedir, hansılar ki, Konteyevlə olan əlaqələrindən istifadə edərək, bir vaxtlar azərbaycanlılara qarşı əsl «xaç yürüşü» təşkil etmişdilər.
«Yad ölkədə, yad şəhərdə azərbaycanlılarla birlikdə olmaq əvəzinə, Fehruz Şirinov kriminal dairəyə girdi. Kriminal quldurlarla tanış oldu, hansıların ki, başçısı sabiq vitse-mer Konteyev idi, həmçinin bu cinayətkar dəstəyə daxil idilər: Qoşa, "Qlaz" ləqəbli Yevgeni Qlazırin, Cigit, Qrek. Fehruz Şirinovun özü də başqaları ilə birlikdə müxtəlif fırıldaqlarda iştirak edirdi. Onun vasitəsi ilə bu dəstə öz çirkin əməllərini zorla pul almaq məqsədi ilə, bizneslərini əllərindən almaq üçün yerli azərbaycanlıların üzərinə yönəldirdi, hansılar ki, meyvə-tərəvəz alveriylə məşğul idilər, qəlyanaltılara, pavilyonlara sahib idilər, və bu yazıq vətəndaşlar qürbət eldə hədsiz əmək hesabına tikmişdilər».

Bu haqda Yekaterinburqdakı Azərbaycan diasporu üzvlərinin imzaladıqları məktubda deyilir.

«Azərbaycan diasporu indiyə qədər anlamır ki, nə üçün onların həmyerlisi Azərbaycanın KİV-də qara piarla məşğul olur. Əslində, bizim Yekaterinburqdakı diasporumuz - Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən ən monolit təşkilatlardan biridir. Tez-tez birlikdə yığılırıq, bayramları, əlamətdar tarixləri qeyd edirik. Rusiyadakı iki Azərbaycan məktəbindən biri burada yerləşir. Bizim qubernatorla, yerli hüquq-mühafizə orqanları ilə, demək olar ki, mükəmməl münasibətlərimiz var. Biz həmyerlilərimizin hətta adi məişət problemlərinə laqeyd qalmırıq. Şirinov və onun komandası yalnız böhtanla məşğul olur» – deyə məktubda qeyd edilir.
Şakir Səfərov deyir: «Fehruz Bəşir oğlu cırıq şalvarda və çirkli ayaqqabılarda öz həmkəndlisi Nofəl Qurbanovun yanına gəlib. Nofəl və Səfərov qardaşları - Akif və Ayaz onu yerləşdirdilər, sığınacaq verdilər, geyindirdilər, ev verdilər, ləyaqətli həyat üçün lazım olan bütün şeylərlə təmin etdilər. O, bir neçə il Səfərov qardaşları və Nofəllə birlikdə işlədi və onların sayəsində sabit qazanc əldə etdi. Lakin Fehruz cinayətkar yola addım atdı».
O, dəfələrlə narkotiklərin, saxta araq satışına və başqa qanun pozuntularına görə cinayətə cəlb edilib. Belə vəziyyətdən çıxmağa onun yalvarışlarına və xahişlərinə inanaraq, yazıqları gələrək həmişə qohumları, həmkəndliləri ona kömək edirdilər.
Oqtay Məmmədov deyir ki, Azərbaycana göndərmək üçün Ural torpağında bir tikə çörəyini qazanan sadə insanlar dəfələrlə kömək üçün Yekaterinburqda yerləşən Azərbaycanın Baş Konsulluğuna, Azərbaycan diasporuna, necə ki, Rusiyanın, eləcə də Azərbaycanın prokurorluğuna, polisinə və hüquq-mühafizə orqanlarına kollektiv şəkildə, 300 nəfərin imzaladıqları məktublarla müraciət etmişlər.
«Ondan şikayət edirdilər ki, onları və onların ailələrini hədələyirlər, qorxudurlar, quldurlar vasitəsi ilə zorla böyük miqdarda pul tələb edirlər. Konsulluğun və diasporun müdaxiləsindən sonra Fehruz Şirinov barəsində 4 cinayət işi qaldırıldı: mad. 119 – qətllə təhdid etmək, mad. 111.3 – bıçaq yaralanmaları, mad. 163 – zorla pul almaq və maddə 14.16.
Sözsüz ki, kriminal struktur böyük məbləğdə pul təklif edərək onun cinayətdən boyun qaçırmağına cəhd göstərdi. Lakin bu baş tutmadı. Fehruz Şirinova 5 il şərti iş verdilər» – deyə O. Məmmədov qeyd edir.

Aydın Qurbanov:

«Cinayət işləri qaldırılandan sonra Fehruz Şirinov yalvarırdı, Azərbaycanın Yekaterinburqdakı Baş Konsulunun, diasporun ağsaqqallar şurasının üzvlərinin yanına getdi ki, onlar ona kömək etsinlər ki, onu azərbaycanlılarla barışdırsınlar ona görə ki, onu həbs etməsinlər. Şəhərə onun qohumları gəldi, onların arasında böyük qardaşı Fariz Şirinov var idi. O, kişi sözü verdi, öz atasına və anasına and içərək ki, onun qardaşı və Konteyevin başçılıq etdiyi quldurlar tərəfindən bir daha heç bir hücum olmayacaq. Ancaq prinsipial, dürüst və əxlaqlı insanlar olaraq, öz həmyerlilərini müdafiə edərək, konsulluğun və diasporun nümayəndələri maksimal cəza tələb edərək, bütün cinayət işlərini sonuna kimi çatdırdılar.
Fehruz Şirinov və oğlu Bəşirzadə Nicat hərəkətlərinin faydasız olduğunu görəndə, həmin insanlara şər atmağa başladılar. Yarım il sonra onlar yenə öz həmkəndlilərinə hücum etdilər, onların biznesini əllərinə keçirmək istədilər, öz iyrənc fəaliyyətləriinə davam etdilər. Xatırlatmaq lazımdır ki, "Qlaz" ləqəbli Yevgeni Qlazırin və Kay Konteyevlə birlikdə həbsxanadadırlar, onların hər biri böyük müddət alıblar, Cigit - beynəlxalq axtarışdadır, Qoşa və Qrek özlərinin tam dolu cirkli və dəhşətli fəaliyyətinə davam edirlər. O, elə indidə arxayındır ki, bu quldurlar onun arxasında dayanıblar və azadlığa çıxdıqdan sonra onlar qisas alacaqlar».
Nurlan Allahverdiyev:
«İnsanlıq anlayışlarını unudan, o barədə ki, insanı insan edən nədir, öz milli eyniliyini tamamilə itirən insan. Onu əjdahaya çevirən yazıq kağızlar gözlərini bağlamışdır. O insan, hansı ki, başqalarının, məhz öz həmyerlilərinin əzablarından həzz alır. O, Yekaterinburqda 20 ildən çox yaşayaraq, bir dəfə də olsun heç hansı bir bayram, matəm tədbirlərinə, Diaspor və Konsulluq tərəfindən təşkil edilmiş və öz Vətənindən uzaqda yaşayan bütün azərbaycanlıları birləşdirməyə səsləyən heç bir tədbirə gəlməmişdir».
İfadə olunanlara əsaslanaraq, qənaətə gəlmək olar ki, Şirinov Fehruz Bəşir oğlu yuxarıda göstərilən quldur dəstəsi ilə əlbir olaraq, öz qohumlarına və həmyerlilərinə hədə-qorxu gəlmək yolu ilə, onları şantaj etmiş və bizneslərini öz əlinə keçirmək istəmişdir.

Məktubu imzaladılar:


Əliyev Rövşən, Əliyev Ruslan, Mirzəyev Adil, Orucov Namiq, Səfərov Akif, Səfərov Şakir, Nəcəfov Emil, Qurbanov Aydın, Mənəfli İdris, Vəliyev Tofiq, Həsənzadə Rəvan, Qurbanov Nofəl, Həsənov Toğrul, Əhmədov Arzu, Məmmədov Əli, Eyubov Vasif, Məmmədov Ruslan, Abdullayev İmran, Rəsulov Telman, Əhmədov Ceyhun, Məmmədov Oqtay, Bağırov Nicat, Civişov Eyvaz, İbrahimov Xəyal, Səfərov Marif, Səfərov Ayaz, Seyidov Rəsul, Allahverdiyev Nurlan, Vəliyev Samir, Əliyev Habil, Hacıyev Vaqif və bir çox başqaları.
Öz növbəsində, Vesti.Az-la söhbətdə Fehruz Şirinov təsdiq etdi ki, Konteyevlə onun arasında yaxşı münasibətlər var idi. Onun sözlərinə görə, Konteyev azərbaycanlıların dostudur.
«O ki, qaldı diasporun saxta nümayəndələrinin dediklərinə - sırtıq böhtandır. Onlar bizimlə yerli hakimiyyət orqanları arasında olan münasibətləri korlamaq istəyirlər» - deyərək Fehruz Şirinov qeyd etdi.

Azərbaycanlilarla dushməncilik edən azərbaycanlı: Yekaterinburqda nə baş verir?

  • 6-02-2018, 14:57
  • 671


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. Pəri məclisi - Kitab təqdimatı (tam tədbir)+video
  4. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  5. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  6. Nazir idarə rəisini vəzifədən azad etdi –Təhsil Nazirliyində yeni təyinat oldu
  7. Vəfat edənin kreditini kim qaytarmalıdır? –KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏN AÇIQLAMA
  8. NORVEÇ BAKIDAKI SƏFİRLİYİNİ BAĞLAYIR! – Səbəbi açıqlanmır
  9. Təhsil Naziri icra hakimiyyətlərinin qarşısında söz iqtidarını itirib…? - Sumqayıt təhsili viran qalıb
  10. ƏƏSMN-də özünüməşğulluq biznes lahiyyə adı altında insanları necə …..! / VİDEO
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI