Daxili İşlər Nazirliyi (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları respublikanın şəhər və rayonlarında qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər keçirir.
DİN-in mətbuat xidmətindən bildirilib ki, fevralın 6-da keçirilən reydlər zamanı Biləsuvar rayonunun Ovçubərə kəndində Bakı şəhər sakinləri Oqtay İsmayılzadədən “Ata-arms”, Emil Mirzəyevdən “MR-27”, Orxan Əliyevdən “Ata-arms” və Vasif Bağırovdan “Zauer-Geco” markalı ov tüfəngləri götürülüb.
Qeyd olunan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi (mülki silahın saxlanması, daşınması qaydalarının pozulması) ilə protokollar tərtib olunub.
Xeberdar.net