Həbsdəki MTN polkovnikinin səhhətində problem yarandı

607 8-02-2018, 16:38 cemiyyet / gundem

Həbsdəki MTN polkovnikinin səhhətində problem yarandıBu gün həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun apelyasiya məhkəməsi keçirilib.

Hakim Qədim Babayevin icraatında olan prosesdə polkovnikin məhkəməyə gətirilmədiyi elan edilib. Hakim bildirib ki, V.Ələkbərovun səhhətində problem yarandığı üçün saxlanıldığı Bakı İstintaq Təcridxanasında gətirilə bilməyib.

Proses fevralın 15-də davam etdiriləcək.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə sahibkarların külli miqdarda pulunu ələ keçirib.(Qafqazinfo)

XƏBƏR LENTİ