ABŞ ordusu Türkiyə əsgərlərini qarabaqara izləyir: Silahlı toqquşma təhlükəsi

610 8-02-2018, 16:45 dunya / gundem

ABŞ ordusu Türkiyə əsgərlərini qarabaqara izləyir: Silahlı toqquşma təhlükəsiTürkiyənin Afrindən sonra Münbiçin terrorçulardan təmizləmə əməliyyatına başlayacağı ilə bağlı açıqlamasından sonra ABŞ hərəkətə keçib.

Publika.az xəbər verir ki, Münbiçdə olan amerikalı əsgərlər PKK/PYD terrorçuları ilə birlikdə postlarda növbə tutur.

Məlumata görə, amerikalı əsgərlər “Fərat qalxanı” bölgəsinin 1,5 kilometr məsafədə yerləşib. Hazırda bölgədəki türk əsgərləri ilə amerikalı əsgərlər üz-üzədir.
ABŞ ordusu Türkiyə əsgərlərini qarabaqara izləyir: Silahlı toqquşma təhlükəsi
Qeyd edək ki, ABŞ Münbiçdə “Əbu Leyla” kod adlı terrorçunun adına təlim düşərgəsi yaradıb. Son illərdə düşərgədə 2 mindən çox PKK/PYD terrorçusunun təlim keçdiyi deyilir. Bununla yanaşı, ABŞ-ın Münbiçdə 3 hərbi qərargahı mövcuddur. Tışrin Barajı bölgəsində isə 300 amerikalı əsgərin olduğu hərbi bazası var.

Xeberdar.net

XƏBƏR LENTİ