Vakant vəzifələr üzrə ən çox sənəd verilən dövlət qurumlarının adı açıqlanıb

800 8-02-2018, 19:28 cemiyyet / gundem

Vakant vəzifələr üzrə ən çox sənəd verilən dövlət qurumlarının adı açıqlanıbDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 11 yanvar 2018-ci il tarixində elan edilmiş inzibati icraçı (B növ) vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə qeydiyyat davam edir.

DİM-dən Trend-ə verilən məlumata görə, 11 yanvar 2018-ci ildə elan edilmiş müsahibəyə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 1126 vakant inzibati icraçı vəzifə (B növ) təqdim olunub. Müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat 9 fevral saat 18:00-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

8 fevral saat 17:00-a olan məlumata əsasən, 77 dövlət orqanında olan vakant vəzifələr üzrə 1689 müraciət qeydə alınıb.

Təqdim olunan vakant yer və müraciət edənlərin sayına görə hələlik ən yüksək müsabiqə vəziyyəti (1 vakant yerə düşən ərizələrin orta sayı) Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (10.18), Tarif (qiymət) Şurasının Katibliyi (10), Maliyyə Nazirliyi (8.67) və İqtisadiyyat Nazirliyində (7.13) olan vəzifələr üzrədir.

Müsahibəyə ən çox vakansiya təqdim etmiş Kənd Təsərrüfatı Nazirliyində vəzifələr üzrə (451 vakant vəzifə) müsabiqə vəziyyəti (0.12) aşağıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Milli Televiziya və Radio Şurası və məhkəmə orqanlarında (Gəncə, Şəki Apelyasiya Məhkəmələri, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Şirvan, Şəki İnzibati-İqtisadi Məhkəmələri, Füzuli, Tərtər Rayon Hərbi Məhkəmələri, Ağdaş, Ağstafa, Astara, Cəlilabad, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Kəlbəcər, Laçın, Lənkaran, Qazax, Quba, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Ucar, Xaçmaz, Yardımlı, Yevlax Rayon Məhkəmələri) vakant vəzifələr təqdim edilsə də, hələlik müsahibədə iştirak etmək üçün heç kim müraciət etməyib. Müəyyən olunan tarixədək müsahibələrdə iştirak etmək üçün namizədlər qeydə alınmazsa, həmin vəzifələrin tutulması üçün yenidən müsahibə elan ediləcək.

Qeyd edək ki, namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. İnzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə növbəti test imtahanı 18 fevral 2018-ci il tarixində keçiriləcəkdir. İmtahanda iştirak etmək üçün sənədlərin qəbulu fevralın 11-dək davam edəcəkdir. İmtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Xeberdar.net

XƏBƏR LENTİ