“Türk axını” layihəsinin xərci artıb
“Türk axını” boru kəmərinin inşası layihəsinin icrası 7 mlrd. ABŞ dollarına başa gələcək.
“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bunu “Gazprom” şirkəti İdarə Heyətinin sədr müavini Andrey Kruqlov Londonda investorlarla keçirilən görüşdə bildirib.
“İlkin olaraq, layihənin dəyərinin 6 mlrd. dollar olacağını hesab edirdik, indi isə, təxminən, 7 mlrd. dollar qiymətləndiririk”, - deyə A.Kruqlov deyib.
“Gazprom” rəsmisi layihə maliyyələşdirilməsinin mümkünlüyünü istisna etmədiklərini qeyd edib: “Lakin hazırkı reallığa əsasən, “Türk axını” boru kəmərinin tikintisi böyük ehtimalla “Gazprom”un vəsaiti və sonra “Şimal axını 1” layihəsində olduğu kimi xüsusi istiqrazlar hesabına maliyyələşdiriləcək”.
Xeberdar.net
“Türk axını” layihəsinin xərci artıb
Oxşar mövzular