Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildiBu ildən etibarən hər hansı ali məktəbə və ya ixtisasa köçürülməsinə icazə verilən tələbənin sonradan bundan imtina etmək haqqı ləğv edilib.

Bunu Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S.Gözəlovun sözlərinə görə, əgər tələbə www.transfer.edu.az portalına müraciət edib köçürülürsə, bununla bağlı Təhsil Nazirliyi tərəfindən əmr verilir. Bu əmrin bir nüsxəsi tələbənin təhsil aldığı müəssisəyə, biri isə köçürüldüyü ali təhsil müəssisəsinə göndərilir: "Proses bununla rəsmiləşdirilir. Bunu geriyə qaytarmağa isə bu ildən icazə verilmir. Bu barədə tələbələrə də xəbərdarlıq edilib".

S.Gözəlov bildirib ki, bu il tələbə köçürmələri ilə bağlı edilən müraciətlərin sayı ötən illə müqayisədə kifayət qədər artıb.

Nazirlik rəsmisi deyib ki, bu il tələbə köçürmələri üçün bakalavriat səviyyəsi üzrə müraciətlərin sayı 970-dən çoxdur, magistratura səviyyəsi üzrəbu rəqəm 74, orta ixtisas təhsili üzrə isə 340-dan çoxdur:

"Bu artım bəlkə də tələbələrin daha əvvəl düzgün ixtisas seçməmələri ilə bağlıdır. Təcrübə də göstərir ki, tələbələr ixtisas seçimi zamanı kiminsə tövsiyəsini nəzərə alırlar. Müraciətlərin sayının çox olmasının əsas səbəblərindən biri də yeni qaydaların əvvəlkinə nisbətən daha liberal olması, yəni sadələşdirilməsidir".

S.Gözəlov deyib ki, bu il magistratura səviyyəsi üzrə də tələbə köçürülməsinə (yalnız I tədris ilində) icazə verilir. O, bunun da müraciətlərin sayının artmasına səbəb olduğunu söyləyib. (trend)

Tələbələr bu hüquqdan məhrum edildi

  • 9-02-2018, 10:55
  • 282


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI