Xalq artistinin ölümü ilə bağlı şok xəbər: 3 gün əvvəl dünyasını dəyişibmiş

743 9-02-2018, 11:40 gundem

Xalq artistinin ölümü ilə bağlı şok xəbər: 3 gün əvvəl  dünyasını dəyişibmiş
Xalq artisti Zərnigar Ağakişiyevanın ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zərnigar Ağakişiyeva Yasamal rayonu, Hüseyn Cavid prospekti 709 ünvanındakı 19 mərtəbəli yeni tikilinin 3-cü mərtəbəsində yerləşən mənzildə tək yaşayırmış. Son iki gündə yaxınları onunla əlaqə saxlaya bilmədikləri üçün polisə müraciət edib. Həmin ünvana gələn polislər qapının arxadan bağlı olduğunu görüblər və aiddiyyəti üzrə FHN-in xilasetmə xidmətinə müraciət edilib. Xüsusi Riskli Xilasetmə Xidməti əməkdaşları tərəfindən qapı açıldıqdan sonra 73 yaşlı aktrisanın vəfat etdiyi məlum olub. İlkin müayinə zamanı onun 3 gün əvvəl dünyasını dəyişdiyi müəyyənləşib.

Z.Ağakişiyevanın son illərdə xəstəlikdən əziyyət çəkdiyi bildirilir. O, xeyli vaxtdır həmkarları ilə ünsiyyətdən qaçırmış və özünə qapanıbmış.

Xeberdar.net

XƏBƏR LENTİ