Türkiyə hökuməti toplandı – nazirlərin istefası gündəmdə

622 9-02-2018, 19:59 dunya / gundem

Türkiyə hökuməti toplandı – nazirlərin istefası gündəmdəTürkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi Qərar və İdarəetmə qurumu toplanıb.

Yığıncaq baş nazir Binəli Yıldırımın rəhbərliyi ilə keçirilir. Yığıncağın gündəmində nazirlərin istefası məsələsi var.

Qeyd edək ki, Türkiyədə bir müddətdir bəzi nazirlər arasında mübahisələrin olduğu, prezidentin əhəmiyyət verdiyi layihələrin təxirə salındığı, baş nazir Binəli Yıldırımın gündəlik münasibətlərdə problemi olan nazirlərin olduğu iddiaları ən çox müzakirə edilənlər arasındadır.
Nazirlər Kabinetində 18 nazirin dəyişəcəyini iddia edənlər də var. AKP dairələrində İstanbul, Ankara, İzmir, Bursa, Qaziantep və Antalya kimi böyük şəhərlərdə xidmət edən nazirlərin istefaya göndəriləcəyi irəli sürülür.
Xatırladaq ki, daha öncə 2017-ci il iyulun 19-da yeni Nazirlər Kabineti formalaşdırılmışdı. Müdafiə naziri Fikri İşıq baş nazirin müavini təyin edilmişdi. Baş nazirin müavini Nurəddin Canikli isə müdafiə naziri olmuşdu.(Modern.az)

XƏBƏR LENTİ