DTX və DİN Ağdamda əməliyyat keçirib:silah-sursat götürülüb

DTX və DİN Ağdamda əməliyyat keçirib:silah-sursat götürülüb
Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, fevralın 9-da bu istiqamətdə keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat aşkar edilərək götürülüb.

Belə ki, əldə edilən məlumat əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Birinci Yüzbaşlı kənd sakini Polad Zeynalova məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan 2 ədəd – “İJ” və “TOZ-8” markalı tüfənglər, 1 ədəd “Naqan” markalı tapança, 2 ədəd “F-1” qumbarası, 1 ədəd mərmi, 3 ədəd avtomat patron darağı və 18 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Alpout kənd sakini Elvin Ələsgərovdan müvafiq sənədləri olmayan “İJ-54” markalı ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən əhali arasında aparılan profilaktiki və hüquqi maarifləndirmə tədbirləri öz təsirini göstərir. Belə tədbirlərin nəticəsidir ki, ötən gün Bakı şəhər sakini Rüstəm Məmmədov “Makarov” markalı tapançanı və 13 ədəd patronu Xəzər RPİ-yə, Nardaran qəsəbə sakini Sabir Babayev müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ 42-ci Polis Bölməsinə təhvil veriblər.

Xeberdar.net

DTX və DİN Ağdamda əməliyyat keçirib:silah-sursat götürülüb

  • 10-02-2018, 12:44
  • 453


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  8. Deputatın mülkləri - siyahı
  9. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
  10. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI