Rusiyanın BMT-dəki nümayəndəsi:“ABŞ-la dialoqa hazırıq”

472 10-02-2018, 21:02 dunya / gundem

Rusiyanın BMT-dəki nümayəndəsi:“ABŞ-la dialoqa hazırıq”“Rusiya ABŞ-la dialoqa hazırdır”.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

V.Nebenzya bildirib ki, bu dialoq təkcə hər iki ölkə üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün vacibdir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Niki Xeylinin “Rusiya dəyər və davranışlarını dəyişməyənə kimi ABŞ-ın dostu olmayacaq” fikrinə münasibət bildirən Rusiya təmsilçisi deyib ki, Rusiyanın kiminləsə dost olmağa ehtiyacı yoxdur: “ Biz istəmirik ki, kimsə bizi sevsin. Biz sadəcə, mədəni əlaqələr qurmaq istəyirik”.

Vasili Nebenzya hazırda ABŞ və Rusiya arasında əlaqələrin yaxşı getmədiyinə toxunub və bunda Rusiyanın günahı olmadığını vurğulayıb.

Xeberdar.net