Qazaxda AĞIR YOL QƏZASI: 2 maşın toqquşdu

734 10-02-2018, 22:27 cemiyyet / gundem

Qazaxda AĞIR YOL QƏZASI: 2 maşın toqquşduBakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Qazax rayonunun Birinci Şıxlı kənd ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül, "Mercedes" markalı avtomobilin sərnişini, 35 yaşlı Sevil Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. (report)

XƏBƏR LENTİ